Infoteka.az
Siyasət

Prezident: Azərbaycan Almaniya ilə əlaqələri möhkəmləndirmək əzmindədir

Azərbaycan Almaniya ilə əlaqələri möhkəmləndirmək və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək əzmindədir.

Bu barədə Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktubunda bildirilib.

"Əminəm ki, həm dövlətlərarası münasibətlərimiz, həm də Avropa İttifaqı çərçivəsində qarşılıqlı maraq doğuran qarşılıqlı fəaliyyətimiz bundan sonra ardıcıl şəkildə inkişaf edəcək və möhkəmlənəcəkdir", -məktubda vurğulanıb.

Infoteka.az