Çempionlar Liqasında qrup mərhələsinin ikinci turuna start verilib.
"Qalatasaray" səfərdə "Mançester Yunayted"ə qalib gəlib.
Türkiyə çempionu iki dəfə hesabda geri düşsə də, böyük əzmkarlıq nümayiş etdirib. "Qalatasaray" "Old Trafford"da 3:2 hesabı ilə qələbə qazanıb. Qazanılan 3 xal komandanı ikinci pilləyə yüksəldib.
Çempionlar Liqası, qrup mərhələsi
3 oktyabr
II tur
A qrupu
"Kopenhagen" (Danimarka) - "Bavariya" (Almaniya) - 1:2
Qollar: Lerager, 56 - Musiala, 67. Tel, 83
"Mançester Yunayted" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) - 2:3
Qollar: Hoylund, 17; 67 - Zaha, 23. Kerem, 71. İkardi, 81
"Bavariya" - 6, "Qalatasaray" - 4, "Kopenhagen" - 1, "Mançester Yunayted" – 0
B qrupu
“Lans” (Fransa) - “Arsenal” (İngiltərə) - 2:1
Qollar: Tomasson, 25. Vai, 69 - Qabriel Jesus, 14
PSV (Niderland) - “Sevilya” (İspaniya) - 2:2
Qollar: De Yonq, 83 (pen.). Teze, 90+5 - Qudely, 68. El Nesiri, 87
"Lans" - 4, "Arsenal" - 3, "Sevilya" - 2, PSV – 1.
C qrupu
“Union Berlin” (Berlin, Almaniya) - “Braqa” (Portuqaliya) - 2:3
Qollar: Bekker, 34; 37 - Niakate, 41. Bruma, 51. Andre Kastro, 90+3
"Napoli" (İtaliya) - "Real" (Madrid, İspaniya) - 2:3
Qollar: Ostiqard, 19. Zelinski, 54 (pen.) - Vinisius, 27. Bellingem, 34. Meret, 78 (öz qapısına)
"Real" - 6, "Napoli" - 3, “Braqa” - 3, “Union Berlin” - 0
D qrupu
“Zaltsburq” (Avstriya) - “Real Sosyedad” (İspaniya) - 0:2
Qollar: Oyarzabal, 7. Mendes, 27
“İnter” (İtaliya) - “Benfika” (Portuqaliya) - 1:0
Qol: Turam, 62
“Real Sosyedad” - 4, “İnter” - 4, “Zaltsburq” - 3, “Benfika” - 0