Ermənistan Azərbaycanla sülh və normallaşma prosesində maraqlı deyil.
Bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfindən erməni separatçılarının həbs edilməsi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına dair şərhində qeyd edilib.
“Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində düçar olduğu uğursuzluqlara rəğmən, yenə də əsassız olaraq və beynəlxalq hüququn norma və prinsiplərinə zidd şəkildə məhkəmə qarşısında iddialar irəli sürməkdə davam etməsi bu ölkənin Azərbaycanla sülh və normallaşma prosesində maraqlı olmadığını nümayiş etdirir”, - məlumatda bildirilib.