Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin Fizikanın tədrisi texnologiyası kafedrasının professoru, əməkdar müəllim Şükür Həmid oğlu Əlizadə dünyasını dəyişib.
Bu barədə report-a ADPU-dan məlumat verilib.
Bildirilib ki, professor 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ş.Əlizadə 25 oktyabr 1940-cı il Lənkəran rayonunun Viyən kəndində anadan olub.