“Normativ hüquqi aktlar” informasiya sisteminin sahibi normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Sistem üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, Sistemin aparılmasını təmin edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasıdır.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Normativ hüquqi aktlar” informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.
Əsasnaməyə görə, sistemin operatoru sahibin normativ hüquqi aktlarla müəyyən edilən həcmdə və şərtlərlə Sistemin fəaliyyətinin həyata keçirilməsi üzrə hüquq və vəzifələrini həvalə etdiyi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vasitəsilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, iştirakçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları, digər dövlət orqanları, habelə nizamnamələrinə əsasən normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək səlahiyyəti olan Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər (bundan sonra – dövlət orqanları (qurumları) olacaq.
Elektron kabinet Sistemin iştirakçısını Vahid Giriş Sistemi vasitəsilə identikləşdirməklə, tapşırıqların daxil edilməsini, onların icrası üzrə bu Əsasnamədə qeyd edilən fəaliyyətin həyata keçirilməsini, həmçinin sahib və operatorun Sistem iştirakçıları ilə qarşılıqlı əlaqəsini, sənəd (məlumat) mübadiləsi aparılmasını təmin edən fərdi elektron səhifədir.