Roma” klubunun baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanı çempionatında işləmək ehtimalını mümkün hesab etdiyini bildirib.
O deyib: “Hazırda “Roma”dayam, tamamilə bu kluba köklənmişəm və buradakı işimin son gününə qədər bütün gücümü sərf edəcəm. Heç kəs gələcəyi bilmir, lakin mən inanıram ki, Səudiyyə Ərəbistanında işləyəcəyəm. Bunun nə vaxt beş verəcəyini bilmirəm, amma bunu hökmən edəcəyimə əminəm”.
Qeyd edək ki, daha əvvəl yayılan məlumata görə, əgər ölkə çempionatında “Kalyari”yə uduzarsa, “Roma” rəhbərliyi portuqaliyalı mütəxəssisi qovacaq.