Təl-Əviv yaxınlığında yerləşən İsrailin ən böyük David Ben-Qurion Beynəlxalq Hava Limanı normal şəkildə işləməyə davam edir, uçuşların ləğvi ilə bağlı bütün qərarlar aviaşirkətlər tərəfindən özəl olaraq verilir.
Bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Vətənə qayıtmaq istəyən xaricdəki israillilərə bildiririk ki, Ben Qurion hava limanı uçuşlar və enişlər üçün açıqdır. Bəzi xarici aviaşirkətlər İsrailə uçuşları ləğv ediblər – bunu şirkətlərin özləri ilə yoxlamaq lazımdır” - nazirliyin açıqlamasında bildirilir.
Nazirlik əlavə edib ki, İsrail aviadaşıyıcıları “müntəzəm uçuşları davam etdirir və dünyanın bir neçə nöqtəsindən uçuşların sayı da artır”.
Qeyd edək ki, oktyabrın 7-dən etibarən bir çox şirkət İsraillə uçuşları ləğv etmək qərarına gəlib. Bu, Qəzza zolağından İsrail ərazisinə raket atəşinin başlamasından sonra baş verib.