Infoteka.az
Hərbi

44 günlük müharibədən sonra separatçılar Qarabağda yarım milyon mina basdırıb

İkinci Qarabağ müharibəsindən sonrakı üç il ərzində erməni separatçıları Qarabağda 500 min mina basdırıblar.

Bu barədə Vesti.az mənbəyə istinadən məlumat yayıb.

Separatçılar 480 km uzunluğunda yeni təmas xətti yaratmağa cəhd ediblər. Üç il ərzində onlar həmin xətt üzrə 519 yeni döyüş postu yaradıblar.

Qeyd edək ki, 10 noyabr 2020-ci ildən 6 oktyabr 2023-cü ilədək Qarabağ və Şərqi Zəngəzurda 191 mina partlayışı baş verib, nəticədə 329 Azərbaycan vətəndaşı mina qurbanı olub, onlardan 63-ü həlak olub. Ölənlərin 48-i mülki, 15-i isə hərbçi olub.

Xatırladaq ki, Ermənistan işğal olunmuş ərazilərdə bir milyondan çox mina basdırıb.

Infoteka.az