Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı üzrə proqnozunu yeniləyib.
Bu barədə Fondun “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatında bildirilib. BVF 2023-cü il üzrə Azərbaycanda iqtisadi artım proqnozunu aprel proqnozuna nisbətən 0,5% bəndi azaldaraq 2,5 %-ə endirib.
Fond 2024 və 2028-ci illərdə eyni həcmdə, yəni 2,5% artım proqnozlaşdırıb. Bu isə əvvəlki proqnozdan 0,1 bəndi azdır.
Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2023-cü ildə ÜDM-in artımını 1,9%, 2024-cü ildə 2,4%, 2025-ci ildə 2,9% səviyyəsində proqnozlaşdırıb. Bu isə o deməkdir ki, BVF-nin iqtisadi artım proqnozu Azərbaycan hökumətinin gözləntilərindən yüksəkdir.