Infoteka.az
Dünya

Fransız hərbçilər Nigeri tərk etməyə başlayıb

Fransız hərbçilər Nigeri tərk etməyə başlayıb.

Bu barədə “Agence France-Presse” (AFP) agentliyi Fransa Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Qeyd olunduğu kimi, Nigerdəki Fransa hərbi kontingentinin ilk qrupu ölkəni tərk edib.

Xatırladaq ki, Fransa hökuməti ötən həftə bəyan edərək fransız hərbçilərin Nigeri tərk edəcəyini və prosesin 10 oktyabr tarixində başlayacağını bildirmişdi.

Infoteka.az