Infoteka.az
Siyasət

Azərbaycan Prezidenti: Regional məsələlərin 3+3 formatında həll edilməsi vacibdir

Regional məsələlərin 3+3 formatında həll edilməsi vacibdir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibini qəbul edərkən deyib.

Dövlətimizin başçısı regional məsələlərin 3+3 formatında region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini vurğuladı, bu formatda müvafiq səviyyələrdə görüşlərin keçirilməsini qeyd etdi.

Söhbət zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi istiqamətində Azərbaycan-Rusiya-İran arasındakı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Infoteka.az