Rusiya Ermənistan vasitəsilə Qafqazda NATO maraqlarını təşviq etmək cəhdlərini qeydə alır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Ölkədəki anti-Rusiya əhval-ruhiyyəsi qeyri-hökumət təşkilatları tərəfindən süni şəkildə qızışdırılır. Onların məqsədi Ermənistan vasitəsilə anti-Rusiya mövqeyi və ABŞ, Aİ və NATO-nun regionda maraqlarının təşviqi üçün zəmin yaratmaqdır”, - Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının Bişkekdə keçirilən iclasından sonra deyib.