“Kiyev 1000 km-ə qədər uçuş məsafəsinə malik raketlərin prototiplərinə malikdir”.
Bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
O, Ukraynanın 24-cü kanalına müsahibəsində deyib:
"Bizə təkcə dronların deyil, həm də raketlərin istehsalı lazımdır. Biz artıq 750-1000 km məsafəni sınayan eksperimental modellərə sahibik".
Onun sözlərinə görə, bunun üçün Ukrayna öz istehsalını genişləndirməli və Qərb investisiyalarını cəlb etməlidir.