Bu gün Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Çerkezoviç Xaçatryan hakim qarşısına çıxarılıb.
Bu barədə İTV məlumat yayıb.
Bildirilib ki, məhkəmə prosesində Vaqif Xaçatryan Birinci Qarabağ müharibəsi zamanı işgəncə verdiyi şəxslə üzləşib.
Həmin şəxs məhkəmədə Xaçatryana səslənərək: “Vaqif, ay Vaqif, tanıdın məni? Evə “limonka” atdın ha, qaçdım dalınca... Tanıyarsan”, - deyib.
Xaçatryan ona diqqətlə baxıb, lakin cavab verməyib.