Infoteka.az
Dünya

Şarl Mişel Aİ liderlərini iclasa dəvət etdi: “İsrail xalqı ilə tam həmrəyik”

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel İsrail və HƏMAS arasında silahlı münaqişə ilə bağlı mövqeyi müzakirə etmək üçün videokonfransda iştirak etməyə dəvət məktubu göndərib.

Məktub Aİ ölkələrinin dövlət və hökumət başçılarına göndərilib. Videkonfransın oktyabrın 17-də keçirilməsi nəzərdə tutulur.

"Terrora heç bir bəraət qazandırmaq olmaz. Biz İsrail xalqı ilə tam həmrəyik", - deyə məktubda deyilib.

Ş.Mişelin sözlərinə görə, İsrailin beynəlxalq hüquqa, xüsusən də beynəlxalq humanitar hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququ var.

Infoteka.az