Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə bu gün keçirilən məhkəmənin növbəti iclasında maraqlı anlar yaşanıb.
İclasın başlamasından əvvəl zərərçəkmiş şəxs Vaqif Xaçatryana yaxınlaşıb.
Bu zaman onların arasında kiçik dialoq olub və V.Xaçatryan 31 il əvvəl işgəncə verdiyi şəxsi tanıdığını bildirib.