“Star”: Ərdoğandan intensiv Qəzza diplomatiyası
Oktyabrın 16-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisi, Böyük Britaniyanın baş naziri Rişi Sunak və Yunanıstanın baş naziri Kiryakos Mitsotakis ilə telefonda danışıb. Yaxın Şərqdə gərginliyi artıran addımlardan uzaq durmaq olduğunu bildirən prezident Ərdoğan R.Sunaka illər boyu Fələstinə verilən vədləri xatırlamağın, tutmamağın və buna uyğun olaraq yerinə yetirilməsinin vacib olduğunu söyləyib. K.Miçotakislə telefon danışığında da insan haqları pozuntularının dayandırılması üçün səy göstərmək, dünyaya bu istiqamətdə mesaj vermək və ən qısa zamanda addımlar atmağın doğru olduğunu bildirib.
“Sabah”: Nazir Fidan “Həmas”ın başçısı ilə danışdı
Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail-Fələstin münaqişəsi başlandıqdan bəri sıx diplomatik danışıqlar həyata keçirir. Nazir bu dəfə “Həmas”ın başçısı İsmayıl Həniyə ilə telefonda danışıb. Söhbətzamanı mülki şəxslərin azad edilməsi məsələsi müzakirə olunub.
“Hürriyət”: Ömər Çelikdən Qərbə sərt reaksiya
Türkiyə Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik Qərb hökumətlərinin İsrail-Qəzza hadisələrinə münasibətini sərt şəkildə tənqid edib: "Bir çox Qərb ölkələrində meydanlarda və universitetlərdə Fələstinə dəstək nümayişlərinə edilən təzyiqlər öz cinayətlərini ört-basdır etmək cəhdidir. Uşaq ölümlərinə belə ayrı-seçkilik qoyulursa, ədalətlə bağlı deyiləcək bir söz qalmır."
“Vatan”: Numan Kurtulmuşdan açıqlama
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş 1967-ci il sərhədləri daxilində paytaxtı Qüds olan müstəqil, suveren bir Fələstin dövlətinin qurulması üçün səy göstərilməli olduğunu ifadə edərək “Yalnız kağız üzərində olan və məhəllələrə bölünmüş bir Fələstin deyil, ərazi bütövlüyü təmin edilmiş bir Fələstinin qurulması İslam dünyasının, həm də Yaxın Şərq sülhünün əsas şərtlərindən biridir.
“Haber Türk”: TÜRKSAT 6A-nın buraxılışına 8 ay qaldı
Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu 16 oktyabr açıqlamasında TÜRKSAT 6A-nın indiyə qədər bütün sınaqlardan uğurla keçdiyini bildirib və "Yeni peykimiz TÜRKSAT 6A 2024-cü ilin iyun ayında orbitə buraxılacaq" deyib.