Infoteka.az
Siyasət

Almaniya Kansleri İsraildən sonra Misirə gedəcək

Almaniya Kansleri Olaf Şolts İsraildən sonra Misirə səfər edəcək.

Bu barədə Almaniya Kanslerinin "X" hesabında məlumat verilib.

"İsrailə səfərim dost ziyarətidir. Almaniya qətiyyətlə İsrailin yanındadır.
Bundan sonra Prezident əs-Sisi ilə görüşmək üçün Misirə uçacağam. Qəzza zolağında mülki əhalinin müdafiəsi və regionda gərginliyin qarşısının alınması əsas müzakirə olunacaq məsələdir", - Şolts bildirib.

Infoteka.az