Infoteka.az
Sosial

Füzuli rayonuna media-tur təşkil olunub

Prezidentin izi ilə Füzuli rayonuna təşkil olunan media-tura strat verilib.

Media nümayəndələri ilk olaraq Füzuli şəhərində prezident İlham Əliyev tərəfindən təməli qoyulan 240 yerlik uşaq bağçasının tikiləcəyi ərazidə olublar. Media nümayəndələrinə məlumat verilib ki, uşaq bağçasının inşası üçün 2,4 hektar torpaq sahəsi ayrılıb. Layihəyə əsasən, uşaq bağçası üçün əsas bina, oyun zonası, avtodayanacaq və texniki zona yaradılacaq.

Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx olacaq.

Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcək. Uşaq bağçasının həyətində oyun meydançaları salınacaq və digər zəruri infrastruktur yaradılacaq.

Infoteka.az