Infoteka.az
Dünya

Si Cinpin Rusiya-Çin enerji əməkdaşlığını yüksək qiymətləndirib

Çin Sədri Si Cinpin bildirib ki, Rusiya və Çinin səyləri sayəsində ölkələr arasında enerji əməkdaşlığı hərtərəfli və genişmiqyaslı xarakter alıb.

Onun sözlərinə görə, iki dövlət arasında enerji əməkdaşlığı Moskva və Pekinin uzun illər birgə səyləri nəticəsində hərtərəfli, genişmiqyaslı, dərin və yüksək səviyyəli xarakter alıb.

Bundan əvvəl Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli danışıqlar zamanı Pekinin Moskva ilə çoxtərəfli strukturlar çərçivəsində qarşılıqlı fəaliyyəti və əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirib.

Si Cinpin qeyd edib ki, Çin Rusiya ilə birlikdə ərzaq təhlükəsizliyinin, enerji təhlükəsizliyinin və qlobal təchizat zəncirinin və istehsalın sabitliyinin qorunmasında daha əhəmiyyətli rol oynaya bilər.

Infoteka.az