Böyük Britaniyanın baş naziri Rişi Sunak Yaxın Şərqə səfəri çərçivəsində bu gün İsrailə səfər edəcək.
Bu barədə baş nazirin ofisiməlumat yayıb.
Qeyd olunur ki, Sunakın israilli həmkarı Benyamin Netanyahu və ölkə prezidenti İsaak Hersoqla görüşü planlaşdırılır.
Bundan əvvəl Britaniya təyyarələrinin oktyabrın 13-də İsrail ərazisində müşahidə uçuşlarına başlayacağı bildirilirdi.
Bir gün əvvəl ABŞ Prezidenti Co Bayden İsrailə səfər edib.