Bu il müxtəlif ölkələrdən olan 106 ərizəçinin (ailə üzvləri ilə birlikdə 163 nəfər) “qaçqın” statusu verilməsi haqqında vəsatəti Dövlət Miqrasiya Xidmətində (DMX) qeydə alınıb.
Bu barədə DMX-dən bildirilib.
Qeyd olunub ki, həmin şəxslərin “qaçqın” statusu verilməsi barədə müraciətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılır və müvafiq qərarlar qəbul edilir.