Infoteka.az
İqtisadiyyat

2027-ci ildə Azərbaycanda inflyasiya enəcək

İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə 2023-cü ildə orta illik inflyasiyanın 9,5 faiz olacağı proqnozlaşdırılıb. 

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilib. 

Qeyd edilib ki, 2024-cü ildə 5,3 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir.

"İnflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artması ilə yanaşı əhalinin sosial rifahına da müsbət təsir edəcək. Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2027-ci ildə 106,0 milyard manata, xərclərinin isə 102,6 milyard manata qədər yüksəlməsi gözlənilir" - Sənəddə əlavə edilib. 

Infoteka.az