Infoteka.az
Sosial

Qədim Füzuli: Əsarətdən yüksəlişə

Qədim zamanlardan bugünədək sivilizasiyanın yaranmasını özündə saxlayan Azıx mağarasının bu ərazidə-Fizuli şəhərində yerləşməsi buranın qədimliliyinə dəlalət edir. Rayonun ilk adı Qarabulaq olub.1930-cu ildə isə Karyagin  adlandırılıb. 1959-cu il aprel ayında isə dahi şairimiz Məhəmməd Füzulinin şərəfinə rayonun adı dəyişdirilmişdir.

Rayon əlverişli strateji-coğrafi mövqeyə malikdir. Füzuli həm də zəngin mədəniyyətə sahibdir. Burada zəngin tarixi abidələr mövcuddur.

1993-cü ilin avqust ayının 23-də rayon erməni hərbi dəstələri tərəfindən işğal edilmiş və rayonun bütün ərazisi erməni vandalizminin qurbanına çevrilmişdir. Mədəniyyət və memarlıq abidələri, qəbirlər, evlər viran edilmişdir. 2020-ci il oktyabrın 17-də Füzuli torpağı müzəffər  Azərbaycan ordusu tərəfindən işğaldan azad edilmişdir. Şanlı ordumuz erməni qəsbkarlarının yaratmış olduğu istehkamları dağıdaraq fədakarlıq göstərmişlər.

Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görərək bunu etiraf etmişdir.

Füzuliyə uğurlu yolun başlanğıcı hələ 1994-cü il 5 yanvarda başlamış, ulu öndərin gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdu. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayırdı.

2020-ci il 44 günlük Vətən Müharibəsi zamanı isə Ali Baş Komandan İlham Eliyevin dərin bilik və möhtəşəm sərkərdəliyi və ordumuzun şücaəti sayəsində Fizuli şəhəri və kəndləri erməni işğalından azad edildi. Həmin il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olundu.

Biz öz Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq-deyə vurğulayan cənab Prezident bildirdi ki, bu gün Füzulidə olarkən hər kəs erməni vəhşiliyinin təzahürlərini görür. Çünki Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Lakin  biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik.

Bugun, infrastruktur layihələri də məhz Füzulidə başlamışdır:  Füzuli Beynəlxalq Hava Limanı, Füzuli-Şuşa avtomobil yolu, Füzuli-Hadrut, Horadiz-Ağbənd yolunun tikintisi, Peşə liseyinin tikintisi.

Bütün bunlar göstərir ki, cənab Prezidentin gərgin əməyi, uzaqgörən siyasəti, uğurlu diplomatiyası sayəndə Azərbaycan dünyada uzun müddət öz qabaqcıl yerini  qoruyub saxlayacaq və gündən günə inkişaf edəcək.

Yaşasın Azərbaycan! Yaşasın Ali Baş komandan!

 

Qulam Səfərzadə

Suraxanı RİHB-nin Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Infoteka.az