Oktyabrın 20-də Azərbaycanda Energetiklər Günüdür.
20 oktyabr 1981-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji bloku istifadəyə verilib.
Beləliklə, Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı sərəncamı ilə həmin tarix ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilib.
Artıq 19 ildir ki, Azərbaycan energetikləri öz peşə bayramlarını iftixarla qeyd edirlər.