“Süni intellekt texnologiyaları həyatımızın hər sahəsinə təsir göstərir”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səhiyyə Nazirliyi və Türkiyə Səhiyyə Qurumları İdarəsinin (TÜSEB) süni intellekt mövzusunda birgə təşkil etdiyi 9-cu Türk Tibb Dünyası Qurultayına videomüraciətində deyib.
“Bu il 9-cu dəfə təşkil olunan Türk Tibb Dünyası Qurultayı səhiyyə sahəsində əməkdaşlıq potensialımızın tam səfərbər olunmasında çox mühüm rol oynayır. Getdikcə böyüyən və 2030-cu ildə 1,5 trilyon dollarlıq bazara çatacağı gözlənilən süni intellekt texnologiyaları həyatımızın hər sahəsinə təsir göstərir. Səhiyyə sahəsində süni intellekt mövzusu altında keçiriləcək təqdimat və müzakirələrin hamımızın dünyagörüşünü genişləndirəcəyi şübhəsizdir”.