Infoteka.az
İqtisadiyyat

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi azalıb

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 1 milyard 807.7 milyon dollar və ya 8.6% azalaraq 19 milyard 234,9 milyon dollar təşkil edib.

Cari ilin ilk 9 ayında Azərbaycandan Aİ ölkələrinə 16 milyard 920,6 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 2 milyard 468.7 milyon dollar və ya 12,7% azdır.

Hesabat dövründə Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə illik müqayisədə 40% və ya 661 milyon dollar artaraq 2 milyard 314.2 milyon dollara bərabər olub.

9 ay ərzində Azərbaycan ticarət əməliyyatlarını əsasən İtaliya, Almaniya, Yunanıstan ilə aparıb.

Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 12 milyard 51.9 milyon ABŞ dolları, o cümlədən ixracı 11 milyard 739.6 milyon dollar, idxalı isə 312.3 milyon dollar təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi və ixrac 19.4% azalıb, idxal isə 26.7% artıb.

Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsi isə 1 milyard 259.4 milyon dollar, o cümlədən ixracı 553.8 milyon dollara, idxalı isə 705.5 milyon dollara bərabər olub. Son 1 ildə ticarət dövriyyəsi 72.5%, o cümlədən ixrac 2 dəfə, idxal isə 55.1% artıb.

Azərbaycanın Yunanıstanla ticarət dövriyyəsi isə 1 milyard 216.4 milyon dollar, o cümlədən ixracı 1 milyard 198 milyon dollar, idxalı isə 18.3 milyon dollar olub. Son 1 ildə ticarət dövriyyəsi və ixrac 11% , idxal isə 18.8% artıb.

Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Aİ ölkələri ilə ticarətin payı 49.2% təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 3.7 faiz bəndi azdır.

Infoteka.az