Infoteka.az
İdman

Azərbaycan taekvondoçuları Dohada 1 gümüş və 4 bürünc medal qazanıblar

Azərbaycan taekvondoçuları Dohada 5 medal qazanıblar.

Bunu Azərbaycan Taekvondo Federasiyası açıqlayıb.

Azərbaycan milli komandası Qətər açıq çempionatınıda uğurla çıxış edib. İdmançılarımız yarışda 1 gümüş və 4 bürünc mükafata sahib olublar.

Qeyd edək ki, taekvondoçularımızdan yalnız finalda məğlub olan Cavad Ağayev (74 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Həmidreza Badrialiabadi (+87 kq) və Səmərrux Osmanova (53 kq) isə bürünc medala yiyələniblər.

Infoteka.az