Infoteka.az
Texnologiya

Azərbaycanda ilk dəfə kibermüharibə yarışı keçiriləcək

Azərbaycanda kiberhücumların simulyasiyası ilə ilk kiber müharibə yarışı keçiriləcək. 

Bunu Xüsusi Rabitə və İnformasiya Texnologiyaları Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov "Critical Infrastructure Defence Challenge 2023" ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

"İki gün ərzində 6 istiqamətdə xüsusi təlimlər keçiriləcək. Təlim nəticəsində 360 nəfərin master-klasdan keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı tədbirdə 14-ü dövlət, 27-si özəl olmaqla 41 şirkət iştirak edəcək. Tədbirdə iştirak üçün 1700 nəfər qeydiyyatdan keçib. "Critical Infrastructure Defence Challenge 2023" yarışında 20 komanda iştirak edəcək", - deyə Tural Məmmədov əlavə edib.

Infoteka.az