Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında finala yüksəlib.
İkiqat dünya çempionu ardıcıl dörd rəqibini məğlub edərək, həlledici görüşdə iştirak hüququna yiyələnib.
O, oktyabrın 28-də İsveçrə təmsilçisi Yelena Quriçlə finalda üz-üzə gələcək.
Dünya çempionatının ilk günündə mübarizəyə qoşulan digər karateçilərdən Asiman Qurbanlı (+84 kq) üçüncü duelində, Turqut Həsənov (84 kq) startda məğlub olub. Katada mübarizə aparan Roman Heydərov isə iki mərhələ keçə bilib.