Macarıstan Avropa İttifaqı fondundan Ukrayna üçün yeni maliyyə yardımının təsdiqlənməsi üçün şərtləri açıqlayıb.
Bu barədə Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının başlamasından öncə jurnalistlərə bildirib.
Macarıstan hökumət başçısının sözlərinə görə, ölkəsi “Avropa Sülh Fondu”ndan Kiyevə silah göndərmələri üçün Aİ üzv olan ölkələrə 500 milyon avro verilməsi barədə razılığa gəlməyə hazırdır.
Bunun üçün Ukraynanın Milli Antikorrupsiya Bürosunun nümayəndə heyətinin Macarıstana səfərinə ehtiyac var.
Bir müddət əvvəl ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto bildirmişdi ki, Ukraynaya silah alınması üçün “Avropa Sülh Fondu”ndan Aİ ölkələrinə 500 milyon avro ayrılmasını Macarıstan boykot edəcək.
Nazirin sözlərinə görə, Macarıstan Ukraynadan təminat tələb edir ki, Kiyev Macarıstanın OTP bank qrupunu Rusiyada fəaliyyətini davam etdirdiyi üçün “müharibənin beynəlxalq sponsorları” siyahısından çıxarması barədə yazılı zəmanət versin, lakin hələ belə bir sənəd təqdim edilməyib.