Infoteka.az
Hərbi

Azərbaycanla Litva arasında hərbi tibb sahəsində əməkdaşlıq müzakirə edilib

Bakıda Azərbaycan və Litva Müdafiə nazirliklərinin hərbi tibb mütəxəssisləri arasında hərbi təbabət sahəsində təcrübə mübadiləsi məqsədilə görüş keçirilib.

Görüşdə hərbi tibb sahəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Litva nümayəndə heyətinə Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, eləcə də hərbi tibbi təchizatla bağlı brifinq təqdim olunub.

Sonra qonaqlar Tibb İdarəsinin tabeliyində fəaliyyət göstərən bir neçə hərbi tibb müəssisəsinə gələrək burada yaradılan şəraitlə yaxından tanış olublar.

Infoteka.az