ABŞ Dövlət Departamenti gözlənilməz təhlükəsizlik vəziyyəti ilə əlaqədar ABŞ vətəndaşlarına Livanı təcili tərk etməyi tövsiyə edib.
Bu barədə idarənin dərc olunmuş məlumatında deyilir.
“Dövlət Departamenti Livandakı ABŞ vətəndaşlarına gözlənilməz təhlükəsizlik vəziyyətinə görə kommersiya uçuşlarının mövcud olduğu müddətdə ölkəni tərk etməyi tövsiyə edir”, - bəyanatda deyilir.