Infoteka.az
Hadisə

Qazaxıstanda mədəndə partlayışda ölənlərin sayı 36 nəfərə çatıb

Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 36-ya çatıb.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, 10 şaxtaçının axtarışları davam edir.

Bundan əvvəl şaxtada partlayış və yanğın nəticəsində 35 nəfərin öldüyü bildirilmişdi.

Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.

Infoteka.az