Almaniya silahlı qüvvələri Almaniya vətəndaşlarının münaqişə zonasından çıxarılması üçün mümkün əməliyyata görə Yaxın Şərqə mindən çox hərbçi yerləşdirib.
Bu barədə DPA agentliyi Berlindəki hüquq-mühafizə orqanlarının nümayəndələrinə istinadən məlumat yayıb.
"Bundesver Almaniya vətəndaşlarının mümkün təxliyəsi üçün Yaxın Şərqə 1000-dən çox əsgər göndərib", - bəyanatda deyilir.