Infoteka.az
Dünya

Meksikada “Otis” qasırğası nəticəsində 40 nəfər həlak olub

Sakit okeanda Meksikanı vuran “Otis” qasırğası nəticəsində 40 nəfər həlak olub.

Bu barədə ölkə hökumətinin saytında məlumat verilib. Bundan əvvəl 27 nəfərin öldüyü bildirilirdi.

Gerrero ştatının Baş Prokurorluğunun məlumatına görə, 40 nəfər həlak olub. 220 035 yaşayış binasına ziyan dəyib.

Infoteka.az