Infoteka.az
İqtisadiyyat

Azad edilmiş rayonlarda ət və süd istehsalı artıb

2023-cü ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 15495 ton ət, 107663 ton süd istehsal olunub.

2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5.6% və ya 825 ton, süd istehsalı isə 6.6% və ya 6698 ton artıb.

Qeyd edək ki, ən çox ət Kəlbəcər və ən çox süd isə Ağdam rayonunda istehsal edilib. Belə ki, hesabat dövründə Kəlbəcərdə 4025 ton ət, Ağdamda isə 33692 ton isə süd istehsal olunub.

 

Azad edilmiş rayonlar Ət istehsalı. ton Süd istehsalı. ton
Ağdam 3910 33692
Füzuli 2322 22489
Xocalı 150 1176
Xocavənd 768 2419
Şuşa 276 1680
Cəbrayıl 1683 7156
Kəlbəcər 4025 19966
Qubadlı 188 1070
Laçın 2028 17578
Zəngilan 145 437

 

 

Infoteka.az