Infoteka.az
İdman

Azərbaycan Premyer Liqasında 2023-cü ilin rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında 2023-cü ilin tamaşaçı rekordu qeydə alınıb.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, bu, XI tura təsadüf edib.

Baş tutan 5 oyunu ümumilikdə 13 750 azarkeş izləyib. Orta göstərici 2750-yə bərabər olub. “Turan Tovuz” - “Kəpəz” oyununu (4:0) 5000, “Neftçi” - “Sabah” görüşünü (0:1) 4600, “Araz-Naxçıvan”- “Qarabağ” qarşılaşmasını (2:1) 2000 tamaşaçı izləyib. Yalnız heç-heçə bitən “Zirə” – “Səbail” (2:2) və “Sumqayıt” - “Qəbələ” (0:0) matçlarında bu göstərici daha aşağı olub - müvafiq olaraq 800 və 1350.

Buna qədər cari mövsüm ən çox tamaşaçı VI turda qeydə alınmışdı - 10 950.

Ötən mövsüm isə yalnız bir dəfə - XIV turda daha çox tamaşaçı qeydə alınıb. Həmin vaxt 5 matçda tribunalarda 15 500 azarkeş olub.

Infoteka.az