Rusiyanın Perm vilayətinin Solikamsk şəhərindəki “Ural” sursat istehsalı zavodunda partlayış baş verib.
Bu barədə Rusiya FHN-in region üzrə mətbuat xidməti məlumat yayıb.
Nazirlikdən bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Partlayış baş verən binada heç kim olmayıb, müəssisənin fəaliyyəti bərpa edilib.
Hazırda partlayışın hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.