Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinə yeni avtomobillər təqdim edilib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, DYP əməkdaşlarının bir hissəsi “Volvo S90” və “Volvo S60” modelli xidmət avtomobilləri ilə təmin edilib.
Qeyd edək ki, BMW modelindən sonra patrul avtomobilləri "Mercedes" modelinə qismən keçid etmişdi. Həmçinin "Hyundai" və "KİA"nın bəzi modellərindən də DYP-də xidməti avtomobil kimi istifadə olunur.
"Volvo" markası isə DYP sistemində yenidir.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, DYP-nin istifadəsində olan bir sıra modellərlə yanaşı, hazırda sözügedən modelə aid avtomobil də xidməti istifadəyə verilib.