Infoteka.az
Hadisə

Su kəmərində qəza: Bakı-Qazax avtomagistralını su basıb, ərazidə suçəkmə işləri görülür - VİDEO

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf ərazilərdə, o cümlədən Bakı-Qazax avtomagistralında baş vermiş subasma halının qarşısının alınması istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

FHN-dən İnfoteka.az-a bildirilib ki, hazırda nazirliyin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün ərazidə fəaliyyət göstərir.

Ümumilikdə FHN-dən 12 motopompa, 9 texnika və 57 nəfər şəxsi heyət suçəkmə işlərinə cəlb olunub.

Infoteka.az