Infoteka.az
Dünya

Okeanda batan qitənin qalıqları tapıldı

Hollandiyalı mütəxəssislər təxminən 155 milyon il əvvəl okean suları altında qalan Arqoland qitəsinin izlərini aşkar ediblər.

Araşdırmanın nəticələri “Gondwana Research” jurnalında dərc olunub.

Yeddi il ərzində komanda Yura dövrünün sonunda Avstraliyadan qopan Arqolandın qalıqlarının harada yerləşə biləcəyini araşdırıb. Onun mövcudluğunun sübutu Hind okeanında Arqo Abyssal düzənliyi kimi tanınan hövzəni əhatə edir. Batmış qitənin eninin təxminən beş min kilometrə çatdığı güman edilir.

Alimlər qitənin min illər boyu Cənub-Şərqi Asiyaya doğru sürükləndiyi qənaətinə gəliblər. Bundan sonra qitə (Trias dövrünün sonunda) arxipelaqlara bölünüb və nəhayət su altında yox olub. Hazırda onun qayalı fraqmentləri Hind okeanının dibində yerləşir, həmçinin İndoneziya və Myanma bölgəsindəki kiçik adalara inteqrasiya olunub.

Məlumatlara əsasən, geoloqlar Arqolandın mərhələli şəkildə məhv edilməsinin xəritəsini yarada biliblər. Sonra bu xəritəni videoda simulyasiya ediblər.

Infoteka.az