Ancelina Coli keçmiş əri Bred Pittlə ortaq biznesi olan şərabçılıq zavodunun hissələrini onun icazəsi olmadan 67 milyon dollara satıb. Bu tərəflər arasında mübahisəyə səbəb olub.
Bu günlərdə Bred Pitt rusiyalı oliqarx Yuri Şeflerin Coliyə yazdığı məktubu mediaya nümayəndələrinə göstərib.
O bildirib ki, rusiyalı oliqarx Coli ilə razılaşaraq, ona qarşı gizli işbirliyinə girib. Aktyor məktubu sübut kimi məhkəməyə təqdim edib.
Məktub 2022-ci ilin may ayında yazılıb. Bred Pitt Colinin oliqarxla intim münasibətlərinin olmasına eyham vurub. Məktubda rus milyarderin Ancelina Colini Şotlandiyadakı malikanəsinə dəvətindən, eləcə də Pittdən gizli iş danışıqlarından bəhs edilir.