Infoteka.az
Texnologiya

Qolbaq kimi taxıla bilən telefon

“Motorola” şirkəti bilərzik kimi taxıla bilən smartfon konseptini nümayiş etdirib. 

Cihaz çevik displey və korpusa malikdir. Onu əymək və qolbaq kimi istifadə etmək üçün biləyə taxmaq mümkündür. Cihaz demək olar ki, istənilən bucaqda əyilə bilən 6,9 düymlük POLED displeyə sahibdir.

Mövqedən asılı olaraq təqdim olunan cihaz displeydəki məlumatları uyğunlaşdırır. Beləliklə, əlinizə telefon alsanız, “Motorola” cihazı kompakt vidjetləri göstərəcək. Bu daha çox ağıllı saatları xatırladır. Qadcet maqnit kəmərindən istifadə edərək biləkdə saxlanılır.

"İllərdir ki, “Motorola” innovasiyaların önündədir və istehlakçılara mənalı və düşünülmüş təcrübələr təqdim etmək öhdəliyi dəyişməz olaraq qalır", - şirkət bildirib.

Infoteka.az