Analitiklər 2025-ci ildə Android smartfonlarının qiymətinin artacağını proqnozlaşdırırdılar.
Ekspertlərin fikrincə, “Qualcomm” gələn ilin sonunda heyrətamiz performans səviyyəsinə malik yeni “Snapdragon 8 Gen 4” prosessorunu buraxacaq.
İnsayderlərin fikrincə, çipin qiyməti rekord qiymət olacaq və bu, smartfonların qiymətinə birbaşa təsir edəcək.
Məqalədə deyilir ki, “Snapdragon 8 Gen 4” əsasında ilk mobil qurğular 2025-ci ilin əvvəlində bazara çıxacaq.
Analitiklərin fikrincə, çox güman ki, Samsung Galaxy S25, Samsung Galaxy Z Flip 7, Galaxy Z Fold 7, OnePlus 13, Xiaomi 15 və digər seriyalı smartfonlar bahalaşacaq.
Bundan əvvəl Xiaomi texnologiya korporasiyası Çində böyük təqdimat keçirib və burada 14-cü seriyanın yeni flaqman smartfonlarını təqdim edib.