Infoteka.az
İqtisadiyyat

2024-cü ildə ərzaq təhlükəsizliyi tədbirləri üçün vəsait açıqlanıb

2024-cü ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üzrə 1109,9 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin icmal və dövlət büdcəsinin layihəsində bildirilib.

Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri üçün 502,9 milyon manat vəsait proqnozlaşdırılıb.

Qeyd edək ki, ərzaq təhlükəsizliyi tədbirləri üçün ayrılmış vəsait hesabına fermerlərə kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən əkin, tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən məhsul, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən toxum, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər bir sağlam buzova görə verilən heyvan, Azərbaycan Respublikasında istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə verilən barama subsidiyalarının, habelə lizinqə verilən və lizinq yolu ilə satılan texnikalara, suvarma sistemləri dəstinə və damazlıq heyvanların alınması üçün kənd təsərrüfatı istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlərin, kənd təsərrüfatı sahəsində digər tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulur.

Infoteka.az