İran milli futbol komandası sıx matç qrafiki səbəbindən ən azı 2025-ci ilə qədər Rusiya komandası ilə oynaya bilməyəcək.
“Noyabrda və gələn il Rusiya millisi ilə cavab oyunu mümkün deyil. Rəsmi və yoldaşlıq oyunları üçün bütün günlər doludur”, - İran Futbol Federasiyasının mətbuat xidməti bildirib.
İran millisi Qətərdə keçirilən dünya çempionatında iştirak edib.
Rusiya və İran milli komandaları 2023-cü ilin martında Tehranda qarşılaşıb. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. Qolları Anton Mirançuk (penalti) və Mehdi Taremi (penalti) vurub.
Beynəlxalq Futbol Federasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2022-ci ilin yazında Rusiya millisinin, eləcə də bütün Rusiya klublarının bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakını dayandırmaq qərarına gəlib.
Rusiya millisi 2023-cü ildə beş yoldaşlıq oyunu keçirib (martda - İran və İraqla, sentyabrda - Qətərlə, oktyabrda - Kamerun və Keniya ilə).