Infoteka.az
İqtisadiyyat

Növbəti il üçün Azərbaycanda ÜDM proqnozu açıqlanıb

ÜDM-in artım tempi 2024-cü ildə baza ssenarisində 2,4% və ya 118,4 mlrd. manat gözlənilir. Baza ssenarisi ilə müqayisədə optimist ssenaridə real artım 3,3 faiz (0,9 faiz-bənd çox) və ya 128,7 mlrd. manat (10,3 mlrd. manat çox), pessimist ssenaridə isə real artım -0,1 faiz (2,5 faiz-bənd az) və ya 103,0 mlrd. manat (15,4 mlrd. manat az) təşkil edəcək.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin icmal və dövlət büdcəsinin layihəsində bildirilib.

Qeyri-neft ÜDM-nin artım tempi isə 2024-cü ildə baza ssenarisində 4,6% və ya 84,2 mlrd. manat gözlənilir. Baza ssenarisi ilə müqayisədə optimist ssenaridə real artım 5,8% (1,2 faiz- bənd çox) və ya 87,4 mlrd. manat (3,2 mlrd. manat çox), pessimist ssenaridə isə real artım 0,7% (3,9 faiz-bənd az) və ya 78,5 mlrd. manat (5,7 mlrd. manat az) təşkil edəcək.

Infoteka.az