Rusiyanın Primorks diyarındakı Partizanski və Lazovski rayonlarının hərbi komissarı Roman Malık ölü vəziyyətdə tapılıb.
İnfoteka.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə onun yaxınları deyib.
Yaxınlarının sözlərinə görə, Malık ağır döyüşlər görüb, sağlamlığında problem olmayıb.
Hadisənin səbəbi hələ məlum deyil.
Qeyd edək ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunmuşdu.