Infoteka.az
Sağlamlıq

Səhiyyə naziri: Ölkədə COVİD-lə bağlı vaksinasiya prosesi demək olar başa çatıb

Ölkədə COVİD-lə bağlı vaksinasiya prosesi demək olar ki, böyük uğurla başa çatıb.

Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bunun nəticəsində epidemioloji vəziyyət qənaətbəxşdir:

"Vaksin ehtiyatımız yetərincədir. Vaksin olunmayanlar üçün hələ də gec deyil. Vətəndaşları məsuliyyətlərini dərk edərək vaksinasiya olunmağa çağırıram".

Infoteka.az